AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini ağır cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna oyunçunun bombardiri olduğu Əvəzedicilər liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verməsi səbəb olub.
Nəticədə gənc hücumçu 4 oyunluq cəzalanıb və üstəlik, klubu 300 manat cərimə ödəyəcək. Salyanskinin komanda yoldaşı Elcan Əbilov 2-ci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 qarşılaşmanı buraxacaq. Paytaxt təmsilçisi bu səbəbdən 50 manat cərimələnib.
"Neftçi" bu görüşdə 6 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat, qarşılaşma bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığından 400 manat ziyana düşüb.
"Gənclik şəhəri" təmsilçisi bu matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC