Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.
1/8 finalda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" evdə "Vest Hem"lə matçda son 10 dəqiqədə vurduğu qollarla inamlı qələbə qazanıb. Bununla da Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 42-ə çatdırıb.
İtaliya derbisində sevinən tərəf paytaxt təmsilçisi olub. Belə ki, “Roma” “Milan”ı səfərdə məğlub edib.
İtaliyanın turnirdəki digər təmsilçisi "Atalanta"nın səfərdə "Liverpul"a böyük hesabla qalib gəlməsi günün sensasiyası olub. "Benfika" isə "Marsel"i məğlub yola salıb.
11 aprel (cümə axşamı)
"Milan" (İtaliya) - "Roma" (İtaliya) - 0:1
Qol: Canluka Mançini, 17
"Bayer" (Almaniya) - "Vest Hem" (İngiltərə) - 2:0
Qollar: Yonas Hofmann, 83, Viktor Bonifeys, 90+1
"Benfika" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1
Qollar: Rafa Silva, 16, Anxel Di Maria, 52 - Pier-Emerik Obameyanq, 67
23:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) - 0:3
Qollar: Canluka Skamakka, 38, 60, Mario Paşaliç, 83
Xatırladaq ki, cavab görüşləri aprelin 18-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC