"Sumqayıt" cari mövsümdə bombardiri olan Kasimir Ninqanı itirib.
Presssport.az xəbər verir ki, komandanın çadlı hücumçusu Premyer Liqanın XXX turunda “Zirə”ylə hazırda Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionunda gedən matçda ilk hissədə aldığı sarı vərəqə ilə cəzalı duruma düşüb.
Belə ki, bu, Ninqada cari çempionatda 4-cü “sarı” olduğundan vərəqə limitini aşıb.
Bununla da Kasimir növbəti turda komandasına kömək edə bilməyəcək. Bu, aprelin 19-da "Turan Tovuz"la səfər matçı olacaq.
Xatırladaq ki, Ninqa "Mehdi Hüseynzadə"da əsaslı təmir və yenidənqurma işlərindən sonra keçirilən ilk matçda ilk qolun, ilk dublun müəllifi oldu. Bu, III dövrədə “Neftçi”yə 2:1 hesabıyla qalib gəldikləri görüş idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC