"Turan Tovuz"un cəzalılar bağlı itkilər davam edir.
Presssport.az xəbər verir ki, bu dəfə komandanın mərkəz yarımmüdafiəçisi Xəyal Nəcəfov cəzalı duruma düşüb.
Belə ki, o, cari çempionatda 4-cü sarı vərəqəni Premyer Liqanın XXX turunda “Qəbələ”ylə səfər matçında alıb.
Bununla da Xəyal keçmiş komandasıyla görüşü buraxmalı olacaq. Belə ki, əslən Sumqayıtdn olan Nəcəfov "Sumqayıt"la Tovuzdakı matçda heyətdə olmayacaq.
Xatırladaq ki, tovuzlular Qəbələdə ispaniyalı yarımmüdafiəçi Alexandro Serranonun xidmətindən cəza üzündən istifadə edə bilmədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC