Bu gün Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, cüdoçularımız turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında isə 1-ci yeri tutub.
Yarışın 2-ci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.
-73 kq. çəkidə Cəsur İbadlı gümüş medal əldə edib. -81 kq. çəkidə Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq. çəkidə Sübhan Axundov 5-ci yerdə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC