Premyer Liqanın XXX turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar.
Presssport.az xəbər verir ki, bu komandaların bir görüşündə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.
Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.
“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdi. Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC