Məmmədyarovdan Abasova təşəkkür və dəstək: "Sənə inanırıq və səndən qələbə gözləyirik"

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində çıxış edən Nicat Abasovla bağlı paylaşım edib.
Presssport.az xəbər verir ki, 39 yaşlı qrossmeyster yarışda sonuncu pillədə olan Abasov haqda feysbuk hesabında bunları yazıb: "Nicat qardaşdır və gözəl şahmatçıdır. Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün sənə təşəkkürlər. Bacardığını edir və bu, gözəldir. Biz şahmatsevərlər gözəl mübarizən üçün sənə təşəkkür edirik. Sona qədər inanırıq və səndən qələbə gözləyirik.  Sənin yanında olmaq xoşdur".
Xatırladaq ki, Abasov İddiaçılar Turnirində 10 turdan sonra 3 xalla sonuncu - 8-ci sıradadır.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC