Azərbaycan üçün tarixin uğurun müəllifləri kimlərdi?

Bu il, 1996-cı ildən etibarən Olimpiadalarda təmsil olunan ölkəmiz adına artıq bir ilk yaşanacaq. 

Presssport.az xəbər verir ki, qarşıdan gələn Paris Olimpiadasında ölkəmiz ilk dəfə olaraq komanda idman növündə təmsil olunacaq. 

Bu tarixi uğuru isə reallaşdıran, 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamızdı. Qızlarımız bu tarixi zəfəri aprelin 14-də Honkonqda əldə etdilər. 

Dina Ulyanova, Aleksandra Mollenhauer, Tiffani Heys və Mersedes Volker 'dən ibarət millimiz, "Paris 2024" yolunda qazanılan bu qələbənin əsas memarlarıdırlar. Gəlin millimizin üzvləri ilə daha yaxından tanış olaq.

34 yaşlı Dina Ulyanova bakılıdır. O Bakıda doğulub və Azərbaycanda basketbol oynamağa başlayıb. Daha sonra karyerasını klub səviyyəsində Rusiyada davam etdirən Dina, hal-hazırda isə millimizlə yanaşı, "Neftçi" klubununda üzvüdür.

25 yaşlı Aleksandra Mollenhauer 5 yaşından Bakıda yaşayır. Valideynləri işlə əlaqədar ABŞ-dan Azərbaycana köçüblər və indi də burada işləyirlər. Aleksandra Azərbaycan basketbol məktəbinin yetirməsidir. İndi o, İspaniyanın "Estudyantes" klubunda oynayır. Onun atası Skott Mollenhauer əvvəllər Azərbaycan klublarında oynamış keçmiş basketbolçu, indi isə qadınlardan ibarət əsas yığmanın köməkçi məşqçisidir.

34 yaşlı Tiffani Heys və 37 yaşlı Mersedes Volker vətəndaşlıq almış amerikalılardır. Onlar 2015-ci il Avropa Oyunlarından Azərbaycan millisində çıxış edirlər.

Qeyd edək ki, Ulyanova, Mollenhauer və Volker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycan milli komandasının heyətində olublar. Ulyanova, Mollenhauer və Heys isə, 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən İslamiadanın qalibidirlər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC