"Zirə" sabiq futbolçusu Jozef Bumun vəfatı ilə bağlı başsağlığı yayıb.
Presssport.az xəbər verir ki, klubun yaydığı başsağlığı mətnində deyilir: “Zirə” PFK sabiq futbolçusu Jozef Bumun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!"
35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin vəfatı haqda Türkiyə mətbuat məlumat yayıb. Amma ölümün səbəbi barədə informasiya yoxdu.
Xatırladaq ki, Bum 2017/18 mövsümündə “Zirə”nin formasını geyinib və burdan gedəndən sonra heç bir klubda oynamayıb. Jozef ölkəmizə gələnədək Türkiyədə legioner həyatı yaşayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC