Dadaşov üçün mövsüm başa çatdı

"Dinamo"da (Almaniya) çıxış edən millimizin sabiq futbolçusu Rüfət Dadaşov üçün cari mövsüm başa çatıb.

Presssport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, məşq zamanı zədələnən 32 yaşlı hücumçu bu mövsüm daha meydana çıxa bilməyəcək.

Daha əvvəl Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi. Lakin onun zədəsinin daha ciddi olduğu ortaya çıxıb. Rüfət yalnız yeni mövsümün əvvəlində komanda ilə məşqlərə qatıla biləcək. 

Xatırladaq ki, Dadaşov bu mövsüm Berlin klubunun heyətində 28 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə verib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC