Qurban Qurbanovu istəyən "Beşiktaş" 79 yaşlı məşqçiylə də danışıq aparır

Avropa çempionu olan təcrübəli portuqaliyalı mütəxəssis Fernandu Santuşla yollarını ayıran "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovu bu posta gətirməkdə maraqlı olan İstanbul klubunun rəhbərliyi indi də özləri üçün tanış mütəxəssislə danışıqlara başlayıb.

Belə ki, “Beşiktaş” yenidən Mirça Luçeskuya tapşırıla bilər. 79 yaşlı rumıniyalı mütəxəssis özü də keçmiş komandası çalışdırmağa hazırdı. 

Yaxın vaxtlarda təyinatın reallaşacağı gözlənilir. Belə olarsa, Luçesku bu mövsüm İstanbul klubunun 5-ci məşqçisi olacaq. 

Xatırladaq ki, Luçesku son olaraq Kiyev “Dinamo”sunu çalışdırıb. Təcrübəli mütəxəssis 2002-04-cü illərdə “Beşiktaş”da işləyərək onu Türkiyə çempionu edib. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC