Şeydayev oynadı, "Soçi" qələbə qazandı

Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir. 

 

Presssport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik İvanovo"nun qonağı olub. Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Rusiya Birinci Liqası, 15-ci tur

 

"Tekstilşik İvanovo" - "Soçi" - 1:3


Qollar: A.Pomalyuk, 8 - M.İqnatov, 13, 63, Z.Fedorov, 67-pen.

 

Ramil Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

 

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC