“Neftçi”nin qapıçısı Emil Balayev Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, sağ olsun uşaqlar, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə də qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.
- “Neftçi” əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?
- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.
- Fərdi götürsək, qolda sizin səhviniz var idi, ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...
- Məni bağışlayın, səhv söhbətində qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (müsahibəni yarımçıq saxlayıb miks-zonanı tərk edir) (futbolxeber.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC