“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı

“Beşiktaş”ın müdafiəçisi Ümit Akdağın sağ əlində sınıq aşkarlanıb.

 

Presssport.az xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb. 23 yaşlı futbolçunun sağ əlində metakarpal sümüyün yerdəyişməsiz sınığı müəyyən edilib və onun müalicəsinə başlanılıb.

 

Akdağ UEFA Avropa Liqasında “Kristal Pelas”la matçda “Beşiktaş”ın start heyətində ilk dəfə meydana çıxıb. Gənc müdafiəçi görüşün 78-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

Qeyd edək ki, zədəsi səbəbindən Akdağ “Başakşehir”lə qarşılaşmanı buraxacaq. Onun növbəti həftə xüsusi sarğı ilə meydana qayıtması mümkündür. Futbolçunun yaşıl meydanlara dönüşü müalicənin gedişindən asılı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC