Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo maraqlı addımı ilə diqqət çəkib.
Presssport.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu layiq görüldüyü ölkə çempionatının 11-ci turunda “Əl-Feysali” ilə matçın (3:1) ən yaxşı oyunçusu mükafatını komanda yoldaşı Abdulla Əl-Hamdana verib.
Ronaldo sözügedən görüşdə qələbə qolunun müəllifi olub. Əl-Hamdan isə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Əl-Nəsr” 10 oyundan sonra 25 xalla turnir cədvəlində 2-ci yerdədir. Lider 27 xalı olan “Əl-Hilal”dır. “Əl-Feysali” isə 7 xalla 15-ci pillədə qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC