“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqamızın IX turunda “Neftçi”ylə səfər oyununu (1:1) dəyərləndirib.
Presssport.az xəbər verir ki, klub rəhbəri komandasının oyunun razı qalıb: “Uşaqlar yaxşı çıxış etdi. Oyun bizi qane edir. Belə davam etdiyimiz müddətdə istədiyimiz nailiyyətləri əldə edəcəyik”.
Məlumdu ki, “Neftçi” 60 dəqiqə azlıqda oynadı. Belədə say üstünüyündən yararlanmamaq Quliyevi məyus etdimi?: “Matçın əvvəlindən üstün oynayırdıq. 11:11 olarkən də üstünlük bizim tərəfdə idi. Oyun planımız hücum futbolu sərgiləmək idi. Uşaqlar irəlidə oynayırdı. Futbolçular əllərindən gələni etdi. Qələbə qazanmaq nəsib olmadı. Buna da şükür. Əlbəttə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC