İsrail Premyer Liqasında 8-ci turun oyunu keçirilir.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Sakhnin"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Sana Qomes vurub.
Rüfət Abdullazadə oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC