"Qəbələ"nin legioneri 3-4 həftəlik sıradan çıxdı

"Qəbələ"nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir. Presssport klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. 

Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Yarımmüdafiəçi gabalafc.az saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC