"Beşiktaş" futbolçusu Berkay Vardarla yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
"Beşiktaş"ın yetirməsi olan türkiyəli futbolçu cari mövsümün əvvəlindən qış fasiləsinə qədər icarə əsasında Moldova "Şerif"ində çıxış edib.
Onu da bildirək ki, Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, hər iki millidə 1 qol vurmağı da bacarıb. Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC