Kubokun finalçısı məğlubiyyətin əsas səbəbini açıqladı: "Bu matç gecə ilə gündüz kimi idi"

“Yersiz top itkiləri oyunumuza təsir etdi və bu, matçı məğlubiyyətlə başa vurmağımıza səbəb oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu matç gecə ilə gündüz kimi idi”.

Presssport.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "Neftçi"yə 61:65 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı danışarkən deyib.

Onun fikrincə, ilk yarıda istədikləri kimi oynayıblar: "Üçüncü perioddan sonra isə müdafiədəki aqressivliyimizi itirdik və hücumda yanlış qərarlar verdik. Çox top itirdik. Ona görə də rəqib bundan yaxşı istifadə edib görüşə ortaq oldu".

Dikmen son periodda matça nəzarət edə bilmədiklərini söyləyib: "30 dəqiqə hesabda öndə olduqdan sonra rəqibin üstünlüyü ələ alması oyunuçlarımda təzyiq yaratdı. Əslində, orda elə də çox fərq yox idi. "Neftçi" foul limitində idi, ancaq hücumda yanlış addımlar atırdıq. Hələ yolun əvvəlindəyik. Təbii ki, bunlar bəhanə deyil. Daha çox çalışıb hədəfə yönəlməliyik".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC