Qurban Qurbanov Uşaq Klinikasını ziyarət etdi

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.

 

Presssport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara “Qarabağ” FK-nın formalarını və toplarını hədiyyə ediblər.

 

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC