Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.

 

Presssport.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.

 

Beləliklə, F.Xəlilovun komandası sabah, saat 11:30-da Əfqanıstan millisi ilə sonuncu oyununa (83-cü yer uğrunda) çıxacaq.

 

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

 

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.

 

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

 

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC