Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun 2-ci oyununda “Neftçi” “Zirə”nin qonağı olub.
Presssport.az xəbər verir ki, zirəlilərin 3:1 hesabıyla qələbə qazandığı görüşdə azarkeşlər sırasında əyləşən “16 nömrə”li oyunçusu Fuad Bayramovun atası maraqlı pankartla diqqət çəkib.
Belə ki, 26 yaşlı sol cinah müdafiəçisinin atası "Oğlum, Fuad, qol vur, atan sevinsin” yazılı pankart açıb.
Fuad da öz növbəsində atasını sevindirib. Belə ki, oyunda bir qolun müəllifi məhz Bayramov olub.
Xatırladaq ki, Fuad keçən mövsüm Premyer Liqada “Şmaxı”da çıxış edəndə də atası ona stadiondan dəstək olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC