Balde Premyer Liqa klubuna keçə bilər

“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Presssport.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Keçidin yanvar ayındakı transfer pəncərəsində reallaşması mümkündür.

 

Baldenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. O, bu mövsüm La Liqada 3 oyuna çıxıb və 1 sarı vərəqə alıb.

 

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 25 noyabrda, Bakıda olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC