"Nəticə ilə barışmalıyıq"

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda “Şəfa” ilə heç-heçə etdikləri matçı (1:1) şərh edib.

 

Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib:

 

"Nəticə ilə barışmalıyıq. Bizi çətin oyunun gözlədiyini bilirdik. Bu gün yaxşı çıxış etmədik. İlk 10-15 dəqiqədə oyunumuz yaxşı alınırdı. Lakin sonradan çoxlu top itkisinə yol verdik ki, bu da rəqibə üstünlük qazandırdı. Düşünürəm ki, “Şəfa” ilk hissəni hesabda öndə başa vurmağa layiq idi.

 

İkinci hissədə bəzi dəyişikliklər etməyə çalışdıq və bunu bacardığımızı düşünürəm. Hesabı bərabərləşdirdik, bir neçə qol imkanı da yaratdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bu nəticə ilə barışmalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC