“Mançester Yunayted” fransalı hücumçunu izləyir

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsi öncəsi fransalı futbolçunun vəziyyətini yaxından izləyirlər.

Matetanın “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Lakin tərəflər hələlik sözləşmənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

 

29 yaşlı hücumçu İngiltərə Premyer Liqasında bu mövsüm 4 oyunda meydana çıxıb və 1 dəfə qırmızı vərəqə alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC