İngiltərə millisinin futbolçusu Cud Bellinqem İspaniyanın "Real" klubunda bir sıra nailiyyətlərə imza atıb.
Presssport.az yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi buna "Rasinq"ə qalib gəldikləri (3:0) La Liqanın XI turunun oyununda nail olub.
O, "Kral klubu"nun heyətində 50-ci dəfə fərqlənib. 23 yaşlı oyunçu bu göstəriciyə 154-cü matçda çatıb.
Bellinqem Madrid təmsilçisinin tarixində 50 qol vuran 50-ci futbolçudur. O, debüt etdiyi 2023/2024 mövsümündən bəri bütün turnirlərdə 50 qol vuran La Liqadakı yeganə yarımmüdafiəçidir.
Bundan əlavə, futbolçu "Real"da 49 qola imza atmış Zinəddin Zidanı da üstələyib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC