"Şəfa" çempionatda öz sözünü deyəcək gücdədir"

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 10-cu turunun son matçında səfərdə “Sumqayıt”la heç-heçə etdikləri matçı (1:1) şərh edib.

 

Presssport.az xəbər verir ki, mütəxəssis komandasından razı qaldığını qeyd edib:

 

"Ardıcıl məğlubiyyətlərdən sonra ilk xalımızı qazandıq. Buna görə sevincliyik. Digər tərəfdən, məyusuq. Çünki çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlana bilmədik. Yenə hesabda önə keçdiyimiz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq futbolçularıma təşəkkür etdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da komandamın çıxışından razı qalmışdım".

 

- “Şəfa” bu gün mövsümün ən yaxşı oyunlarından birini nümayiş etdirdi. “Sumqayıt”ın oyununu əvvəlcədən xüsusi təhlil etmişdiniz?

 

- Məğlub olduğumuz bütün oyunlarda mübarizədən çəkinmədən çıxış etmişik. “Şamaxı” ilə matçda komandamız dominant futbol oynadı. “Kəpəz”lə görüşdə də belə idi. Artıq komanda ümid verməyə başlayırdı. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik. Digər oyunlara necə hazırlaşırıqsa, bu matça da eyni qaydada hazırlaşmışdıq. “Şəfa” çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq.

 

- Hakim idarəçiliyi barədə nə düşünürsünüz?

 

- Məğlub olduğumuz heç bir oyundan sonra hakimlik barədə danışmamışam. İsa Süleyman top qapıçının əlində olarkən onu vurdu. Bu, açıq-aydın görünürdü. Amma hakim bunun qəsdən edilmədiyini bildirdi. Fikrimcə, həmin epizodda penalti təyin olunmalı və futbolçuya ikinci sarı vərəqə göstərilməli idi. Bəlkə də, bu qərar oyunun taleyini həll edəcəkdi.

Musa Quelin sarı vərəqə aldığı epizodda isə rəqib bizim futbolçunun ayağını tapdalamışdı. Bu qərar da bizim üçün anlaşılmaz oldu. Gərgin oyun idi. Hakimləri də başa düşürəm. Hansısa qərəzin olduğunu düşünmürəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC