Türkiyəli futbolçudan son 5 oyuna 5 qol töhfəsi

Arda Gülər “Real"ın heyətində keçirdiyi son 5 oyunda qol və məhsuldar ötürmə üzrə 5 xal toplayıb.

 

Presssport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi La Liqanın 11-ci turunda “Rasinq”ə qarşı keçirilən matçda Cud Bellinqemə məhsuldar ötürmə verib.

 

Gülər əvvəlki 4 oyunun yalnız birində, “Barselona” ilə qarşılaşmada (2:1) qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

 

Bu müddət ərzində Arda “Sevilya” (4:1) və “Leypsiq” (4:1) ilə oyunlarda fərqlənib, “Roma”ya qarşı matçda (4:3) isə iki məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC