Namiq Ələsgərov: "Sevinirəm ki, belə qola imza atdım"

“Kəpəz”in yarımmüdafiəçisi Namiq Ələsgərov Presssport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib. Təcrübəli futbolçu Gəncədə “İmişli”yə 1:0 hesabıyla qalib gəldikləri çempionatın X turunun matçının qəhrəmanı olaraq, öncə oyunu dəyərləndirib:  

- Həqiqətən bizim üçün çox çətin oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Məğlubiyyətsiz oyunlar seriyamız var idi, onu davam etdirmək istəyirdik. Bu gün oyunumuz yaxşı alındı. İstədiyimizi meydanda yerinə yetirməyi bacardıq. Şükürlər olsun ki, sonda qələbə qazandıq.

- Möhtəşəm qola imza atdın. Topa yaxınlaşarkən qol olacağına inamın var idi? 
- Əlbəttə, fikrimdə topu birbaşa qapıya vurmaq var idi. Bu, bəzən alınır, bəzən alınmır. Bu dəfə alındı. Sevinirəm ki, belə qola imza atdım.

- Karyeranda müəyyən bir müddət durğunluq dövrü yaşandı. “Kəpəz”də özünü yenidən tapdığını demək olar?
- Xeyli müddət idi ki, oynamır, oyun tempinə tam düşə bilmirdim. Burda baş məşqçimiz mənə güvənir, daim oynayıram. Çalışıram ki, komandama kömək edim. Bundan sonra da çalışacam ki, daha yaxşı formaya düşüm.

- Komandanın ən təcrübəli futbolçularından birisən. Bu komandanın bundan da artığına potensialı var?
- Məncə, var. Yaxşı komandaya sahibik. Uğurlu çıxışı davam etdiririk. Əsas bunu davam etdirməkdi. Daha da artıra bilərik.

- Sizi qarşıda iki ağır oyun gözləyir. “Neftçi” və “Qarabağ”la həmin matçlarda şanslarınızı necə dəyərləndirirsən?
- “Neftçi” və “Qarabağ”ın gücü hamıya bəllidi. Çempionatın ən güclü komandalarındandı. Təbii ki, biz də meydana məğlub olmağa çıxmayacağıq. Meydanda əlimizdən gələni edəcəyik.

- Keçmiş komandana qarşı oynamaq sənin üçün xüsusi əhəmiyyət daşıyır?
- Yox. Hazırda “Kəpəz”in futbolçusuyam. Komandamla birlikdə növbəti oyunlara hazırlaşıram. “Kəpəz”ə daha çox faydamın dəyməsini istəyirəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC