“Kəpəz”in futbolçusu Rəhman Hacıyev “İmişli” ilə oyundan sonra Presssport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib. Təcrübəli yarımmüdafiəçi ilk olaraq
qələbəni şərh edib:
– “Kəpəz” artıq 5-ci pillədə qərarlaşıb və liderdən cəmi 4 xal geri qalır. Demək olar ki, hədəfinizə çatmısınız, yoxsa daha yüksək yerləri düşünürsünüz?
– Xeyr, elə bir hədəfimiz yoxdur ki, 4-cü və ya 5-ci yerlə kifayətlənək. Niyə də daha yuxarı pillələrə qalxmayaq? Niyə də liderliyə yüksəlməyək? Futboldu, nə qədər çox istəsən, çox çalışsan, hər şeyə nail olmaq mümkündü. Həm özümə, həm də komandama güvənirəm. İnanıram ki, bundan da yaxşı nəticələr əldə edə bilərik.
– Qarşıda sizi iki ağır oyun gözləyir. Rəqiblər “Neftçi” və “Qarabağ”dır. Bu matçlardan nə gözləyək?
– Bizi çox çətin qarşılaşmalar gözləyir. “Neftçi” də son illərlə müqayisədə çox yaxşı formaya düşüb. Bilirik ki, asan olmayacaq. Amma özümüzə güvənirik. Heç bir komandadan çəkinmirik. İnşallah, meydana qələbə qazanmaq üçün çıxacağıq.
– Həm sənin, həm də komanda yoldaşın Namiq Ələsgərovun cərimə zərbəsindən vurduğu qolları izləmişik. Bu gün Namiqin vurduğu qol barədə nə deyə bilərsən?
– Komanda yoldaşlarımız da şahiddi ki, Namik topu cərimə zərbəsi üçün yerə qoyanda dedim ki, bu, 100 faiz qoldur. Hiss edirdim ki, vuracaq. Şükürlər olsun ki, elə də oldu. Buna çox sevindim. Çünki Namiq zədə almışdı və düşünürəm ki, bu qol ona əlavə motivasiya verəcək. Onun adına çox şadam. Əsas odur ki, bizim üçün vacib olan üç xalı qazandıq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC