Yayda “Aston Villa”dan “Çelsi”yə keçən Morqan Rocers London klubuna uyğunlaşma prosesi barədə danışıb.
Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni komandasında özünü yaxşı hiss etdiyini bildirib:
“Bu klubda hər şeyi sevirəm. Bu, mənim üçün yeni bir sınaqdır. Ən vacibi odur ki, bizdə bir-birinə bağlı, vahid komanda var. Mən lider olmaq və bacardığım ən yaxşı işi görmək istəyirəm. Mövsümə əla başlamışam və bu tempdə davam etməliyəm”.
24 yaşlı futbolçunun transferi “Çelsi”yə 138 milyon avroya başa gəlib. Tərəflər müddəti 2033-cü ilin iyununun sonunadək qüvvədə olan müqavilə imzalayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC