Azərbaycanın qadın futbolçulardan ibarət millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin 2027/2028 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

 

Presssport.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda C Liqasının 2-ci qrupunda yer alıb.

 

Milli Latviya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda mübarizə aparacaq.

 

Qeyd edək ki, qrup mərhələsinin oyunları bir ev və bir səfər matçı olmaqla dairəvi sistem üzrə keçiriləcək. 1-ci və 2-ci turların qarşılaşmaları 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turların matçları aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turların görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq. A Liqasının 4 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC