“Turan"ın voleybolçusu Marta Dırpa Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Maritsa”ya qarşı meydana çıxmayacaq.
Presssport.az xəbər verir ki, komandanın liderlərindən olan təcrübəli hücumçu “Mladost”la qarşılaşmadan sonra zədə problemi ilə üzləşib.
Bu səbəbdən Dırpa hazırda komandanın düşərgəsində deyil. Bakıda qalan voleybolçu müalicəsini davam etdirir.
Onun bir həftə sonra Tovuzda keçiriləcək cavab matçına qədər sağalacağına ümid edilir.
Plovdivdəki qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək.
"Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC