"Borussiya" hücumçusundan razıdır

Dortmund “Borussiya”sının rəhbərliyi komandanın hücumçusu Seru Girassi ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı forvardın çıxışından və komandaya təsirindən razıdır. Tərəflər arasında münasibətlərin də yaxşı olduğu bildirilir.

 

 Dortmund təmsilçisi Girassini gələcək planlarının vacib bir hissəsi hesab edir.

 

Qvineyalı futbolçu 2024-cü ilin yayından “Borussiya”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir.

 

Girassi cari mövsüm Bundesliqada 8 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. O, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Azərbaycan çempionu "Sabah"la matçda (2:0) dublla yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC