"Çelsi"nin 100 milyon avroluq transfer planı

"Çelsi" yanvarda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

 

Presssport.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Bornmut"da çıxış edən Aleks Skottdur. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

 

London klubu İngiltərə milli komandasının üzvü üçün 100 milyon avroluq təklif göndərməyi planlaşdırır.

 

Qeyd edək ki, "Bornmut" Aleks Skottu 2023-cü ilin yayında "Bristol Siti"dən transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC