Çempionatda uğursuzluğa düçar olan, geridə qalan 10 turdan sonra liqada ən çox məğlubiyyət acısı yaşayan “Şəfa”da problemlər səngimək bilmir.
Presssport.az xəbər verir ki, “Sumqayıt”la son turun oyunundan öncə 3 aydır maaş almayan futbolçular klub rəhbərliyinə sərt şəkildə etirazlarını bildiriblər. Tərəflər arasında ciddi qalmaqal yaşanıb.
Başda vitse-prezident Əfran İsmayılov olmaqla klub rəhbərliyi futbolçuları birtəhər meydana çıxmağa razı salıblar. Bircə Dilan Mertens sona qədər sözündən dönməyib. Yekunda isə niderlandlı futbolçunun haqqını qoruması Əfran İsmayılovun xoşuna gəlməyib. Loru dildə desək, hər şey məhz Mertensin başında partlayıb. Belə ki, niderlandlı yarımmüdafiəçinin adı “Sumqayıt”la matçın iştirak ərizəsinə daxil edilməyib.
Digər futbolçilardan fərqli olaraq Mertensin haqqını sona kimi qoruması “23-lük”dən kənarda qalması ilə nəticələnib. Halbuki buna qədər 31 yaşlı futbolçu “Şəfa”nın çempionatdakı 9 oyununun hamısında forma geymişdi. O, “Neftçi” istisna olmaqla digər 8 matçda start heytində yer almışdı.
Göründüyü kimi, “Şəfa”da vəziyyət o qədər biabırçı həddə çatıb ki, haqqını qorumaq belə problem hesab edilir...(futbolxeber.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC