İspaniya çempionatının növbəti turunda keçiriləcək qarşılaşmaların 9-cu dəqiqəsində "Tenerife" klubunun vəfat edən futbolçusu Xesus de Migelin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Presssport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, növbəti turun bütün oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, Xesus de Migel İspaniya çempionatının ikinci divizionunda "Tenerife" – "Andorra" matçı zamanı rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib. Meydanda huşunu itirən futbolçuya ilkin tibbi yardım göstərilib və o daha sonra xəstəxanaya çatdırılıb. Lakin Migelin həyatını xilas etmək mümkün olmayıb.
30 yaşlı futbolçu 2025-ci ilin yayından "Tenerife"də çıxış edirdi. Xesus de Migel komandasında 9 nömrəli formanı geyinib. O, karyerası ərzində İspaniyanın digər klublarında da çıxış edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC