"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

 

Bu barədə Presssport.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

 

Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.

 

Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC