“Ronaldodan millidə qalmasını xahiş etmişdim”

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kriştiano Ronaldonun yığmadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.

 

Presssport.az xəbər verir ki, mütəxəssis "A Bola" nəşrinə açıqlamasında Ronaldunun qərarına hörmətlə yanaşdığını deyib:

 

“Bu, tamamilə onun şəxsi qərarıdır. Ondan qalmasını və mənimlə işləməyə davam etməsini xahiş etmişdim, çünki ona ehtiyacım var idi. Lakin seçiminə hörmət etməliyəm. Ronaldo dünya futbolunun, Portuqaliyanın və milli komandanın əfsanəsidir. O, uzun illər yığmaya böyük töhfə verib və Portuqaliya gəncliyinin simvoludur. Milli komandamız, xalqımız və tariximiz üçün hər zaman əfsanə olaraq qalacaq”.

 

Xatırladaq ki, 41 yaşlı Ronaldo bu gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC