“Liverpul”un qapıçısı klubdan gedir?

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını ölkəsində davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, “Flamenqo” 34 yaşlı braziliyalı qolkiperin transferi ilə maraqlanır. Rio-de-Janeyro klubu futbolçunu 2026/2027 mövsümünün sonunda azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir.

 

“Sport Witness”in məlumatına görə, transferlə bağlı klub rəhbərliyində fikir ayrılığı var. Bəzi rəsmilər Alissonun yüksək maaşının maliyyə baxımdan çətinlik yaradacağını düşünür.

 

“Liverpul” isə hələlik təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 

Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, İngiltərə klubunda 350-dən çox oyun keçirib, iki dəfə Premyer Liqanın, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC