Azərbaycan I Liqasında çıxış edən "Gəncəbasar" klubuna yeni prezident təyin olunub.
Bu barədə Presssport.az-a qərb təmsilçisindən məlumat verilib.
Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, "Gəncəbasar" I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC