“Bavariya”nın qapıçısı Manuel Noyer həyat yoldaşı Anika Bissell ilə münasibətlərinə son qoyub.
Presssport.az RTL-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu ilə 26 yaşlı həndbolçu oktyabrın əvvəlində ayrılıblar. “Bild” nəşri də bu məlumatı təsdiqləyib.
Cütlüyün evliliyi 3 ilə yaxın davam edib. Onlar 2020-ci ildən birlikdə olublar. Noyer və Bissell 2023-cü ilin noyabrında Tegernze gölü yaxınlığında rəsmi nikaha daxil olublar. 2025-ci ilin iyulunda isə Cənubi Tirolda toy mərasimi keçiriblər.
Qeyd edək ki, cütlüyün 2024-cü ilin martında oğlu dünyaya gəlib. Bu ilin payızın əvvəlində isə onların daha bir oğlu doğulub.
Xatırladaq ki, Noyer daha əvvəl Nina Vaysla ailəli olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC