Haalanddan 60 oyuna 66 qol

Norveç millisinin hücumçusu Erlinq Haaland alman futbolunun əfsanəsi Gerd Müllerin nailiyyətini təkrarlayıb.

 

Presssport.az xəbər verir ki, norveçli forvard Millətlər Liqasının 5-ci turunda Uels yığmasına qarşı keçirilən görüşdə fərqlənib. Qarşılaşmanın 88-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Haaland hesabı 3:1-ə çatdırıb.

 

Bununla da “Mançester Siti”nin hücumçusu milli komandanın heyətində keçirdiyi 60 oyunda vurduğu qolların sayını 66-ya yüksəldib.

 

Haaland 1974-cü ildə bu göstəriciyə imza atan Gerd Müllerdən sonra Avropada eyni nailiyyəti əldə edən ilk futbolçu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC