“Real” 20 yaşlı futbolçu ilə razılaşdı

“Real” yay transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaq. 

 

Presssport.az xəbər verir ki, Madrid təmsilçisi “UD Loqronyes”in yarımmüdafiəçisi Latif İssmanın keçidini razılaşdırıb.

 

Bu haqda “Marca” məlumat yayıb. Tərəflər transferlə bağlı danışıqları cümə axşamı yekunlaşdırıblar. 20 yaşlı futbolçu 2027-ci ilin yayında Madrid klubunun sisteminə qoşulacaq.

 

Qeyd edək ki, “Real”ın skautları yay aylarından etibarən İssmanı izləyiblər. Madrid təmsilçisi mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun həm müdafiə, həm də hücum fəaliyyətində komandaya fayda verəcəyinə inanır.

 

İssman cari mövsümdə 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC