Ronaldunun şərəfinə pankart açdılar

Portuqaliya millisinin azarkeşləri UEFA Millətlər Liqasının Danimarkaya qarşı oyununda komandanın sabiq kapitanı Kriştiano Ronaldonu xüsusi jestlə dəstəkləyiblər.

 

Presssport.az xəbər verir ki, Braqada keçirilən qarşılaşmanın 7-ci dəqiqəsində tribunada 41 yaşlı hücumçunun şərəfinə pankart açılıb və ona alqışlarla dəstək göstərilib.

 

Pankartda “Təşəkkürlər, kapitan” sözləri yazılıb. Burada Ronaldunun formasının 7 nömrəsinə də işarə edilib.

 

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoxlama oyununda edib. O, milli komandanın heyətində 234 matçda 146 qol vurub və 45 məhsuldar ötürmə verib.

 

Ronaldo 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasının qalibi olub. O, noyabrın 5-də milli karyerasını başa vurduğunu açıqlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC