48 illik yeganə təmsilçisi olan doğma Qazaxındakı stadionundan ayrı düşən və nəticədə qonşu Tovuza sığınaraq rəqiblərini hələ ki orda qəbul edən "Göyəzən" AFFA Region Liqasında yeni mövsümdə ilk qələbəsini bu gün qazanıb.
Presssport.az xəbər verir ki, bu, Şəkinin "Gənclik" komandası üzərində böyük hesabla əldə olunub - 6:2.
"Turan Tovuz"un Abubəyli kəndindəki çay qırağındakı məşq meydançasında matçda nominal meydan sahibi olan qazaxlıların kapitanı, bombardir hücumçusu Arzuman Vəliyev dublla imza ataraq yenə öz sözünü deyib. Qalan qolların müəllifləri Elxan və Nihat Əliyevlər, Elçin Aydınov və İsmayıl Məmmədov olub. Yeri gəlmişkən, sonuncu konandanın baş məşqçisi Süleyman Məmmədovun oğludu.
Onu da bildirək ki, Qazax təmsilçisi ilk turda da ev matçını Tovuzdakı həmin meydançada keçirib və “Balakən"lə 2:2 hesablı bərabərliyə qalıb. Hazırda 4 xalı olan “Gəyəzən” növbəti turda növbəti həftəsonu ilk səfər oyununu Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək. Belə ki, Süleyman Məmmədovun komandası orda rəqiblərini qəbul edən “VT Gəncə”nin qonağı olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC