Dünyanın ən yaxşı 10 futbolçusu

ESPN idman nəşri dünyanın ən yaxşı futbolçularının reytinqini tərtib edib

 

Presssport.az xəbər verir ki, siyahının ilk pilləsində “Barselona”nın hücumçusu Lamin Yamal qərarlaşıb.

 

Reytinqin müəllifi Rayan O’Hənlon futbolçuları Çempionlar Liqasının 1/8 final səviyyəsində olan orta statistik komandanın heyətinə həmin oyunçunun əlavə edilməsi ilə turnirin qalibi olmaq şansının nə dərəcədə artacağını əsas götürərək qiymətləndirib. Zədəli futbolçular isə siyahıya daxil edilməyib.

 

İkinci yeri “Real”ın yarımmüdafiəçisi Cud Bellingem tutub. İlk üçlüyü “Bavariya”nın futbolçusu Maykl Olise tamamlayıb.

 

İlk beşlikdə həmçinin “Barselona”dan Rafinya və “Bavariya”dan Harri Keyn yer alıb. “Real”ın hücumçusu Kilian Mbappe 6-cı, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays 7-ci, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland isə 8-ci olub.

 

ESPN-in versiyasına əsasən, dünyanın ən yaxşı 10 futbolçusu:

 

1. Lamin Yamal (“Barselona”)

 

2. Cud Bellingem (“Real”)

 

3. Maykl Olise (“Bavariya”)

 

4 Rafinya (“Barselona”)

 

5. Harri Keyn (“Bavariya”)

 

6. Kilian Mbappe (“Real”)

 

7. Deklan Rays (“Arsenal”)

 

8. Erlinq Haaland (“Mançester Siti”)

 

9. Pedri (“Barselona”)

 

10. Vitinya (PSJ)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC