Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və “Abşeron” üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk set 25:13 "Azərreyl"in xeyrinə başa çatıb. Ardınca "Abşeron" seti qazanıb - 25:15.
Lakin növbəti iki ardıcıl setdə 25:21 hesablı qələbə qazanan "Azərreyl" 3:1-lik nəticə ilə Azərbaycan çempionu olub.
Xatırladaq ki, dünən kişi voleybolçuların final qarşılaşmasında “Azərreyl” “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC