"Arsenal" müdafiəçisi Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

İngiltərənin "Arsenal" klubu niderlandlı futbolçu Yurrien Timberlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıblar.

 

Yaxın günlərdə London təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayacaq.

 

Qeyd edək ki, "Arsenal" 2023-cü ildə Timberi Niderlandın "Ayaks" klubundan 40 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

 

"Transfermarkt" portalı müdafiəçinin qiymətini 70 milyon avro olaraq dəyərləndirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC